Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” xidmətində rekorda imza atılıb


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2011-ci il mart ayının 5-i tarixində "Skype" xidmətindən eyni anda 35 milyondan çox abunəçi istifadə edib. Qeyd edim ki, əvvəlki rekord (34 milyon) fevralın 27-si tarixində qeydə alınmışdı.

"Skype"-ın "CES 2012" konfransında səsləndirilmiş məlumatına görə,  xidmətin aktiv istifadəçilərinin sayı hazırda 200 milyon insandan ibarətdir.

Məlumat üçün bildirim ki, "Microsoft" korporasiyası 2011-ci ilin iyun ayında  "Skype" şirkətini 8,5 milyard dollara satın alıb. Həmçinin proqram nəhəngi "Skype"  xidmətini öz məhsulları ilə maksimal dərəcədə inteqrasiya etməyə söz verib.

 
EMİL
 
 





07/03/12    Çap et