Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” korporasiyasının superkompyuteri Uoll-Stritdə analitik olacaq


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Citigroup" korporasiyası "IBM" ilə "Watson" hesablama kompleksindən sınaq üçün istifadə edilməsi haqqında saziş imzalayıb.

Qeyd edim ki, "Watson" superkompyuteri 1 il əvvəl "Jeopardy" televiktorinasının rekordçuları - Ken Cenninqs və Bred Ratter ilə mübarizədə qələbə qazandı. Süni intellekt o zaman rəqiblərini darmadağın etmişdi.

Hazırda isə "Watson" sistemi Uoll-Stri maliyyəçilərinin maraqlarına xidmət edəcək. "Citigroup" korporasiyası hesablama kompleksindən böyük informasiya massivlərinin dərin analizi, müxtəlif maliyyə və iqtisadi göstəricilərin emalı üçün istifadə edilməsinin potensial faydasını  qiymətləndirəcək.


 
EMİL
 





07/03/12    Çap et