Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videoçarxlarda önbaxış funksiyasını istifadəyə verməyə hazırlaşır


"YouTube" videohostinq xidməti videoçarxlarda önbaxış funksiyasını elan edib. Bu funksiya xidmətə tədricən daxil edilir və bir neçə həftə ərzində xidmətin bütün ziyarətçilərinə əlçatan olacaq.

"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, istifadəçilər kursoru sadəcə olaraq fırlatma zolağına yaxınlaşdırmaqla videoçarxın qarşıdakı hissələrində nələrin baş verəcəyini önbaxış kimi görə biləcəklər.
















Daha bir yenilik uzunmüddətli videoçarxlar (90 dəqiqədən çox) ilə bağlıdır. Bu halda istifadəçi lazımlı məqamın dəqiq axtarışı üçün əlavə fırlatma  zolağı aktivləşdirmək imkanı əldə edir, -"YouTube" xidmətinin bloqunda məlumat verilib.







EMİL










09/03/12    Çap et