Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində 40 milyon saxta hesab var


2012-ci ilin fevralında “Facebook” sosial şəbəkəsinin 845 milyon aktiv istifadəçiyə sahib olması haqqında məlumat verilmişdi. Bəs görəsən  845 milyon hesabın  nə qədər hissəsi doğru və ya saxtadır? “Facebook” sosial şəbəkəsi bu suala aydınlıq gətirdi.

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, şikətdən verilən məlumata görə, sosial şəbəkədəki profillərin 5-6 faizi saxtadır. Beləliklə, dünyanın ən böyük sosial şəbəkəsində 40 milyon saxta hesab var. Deməli, “Facebook” sosial şəbəkəsinin aylıq aktiv istifadəçiləri 800 milyon civarındadır.





09/03/12    Çap et