Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ödənişsiz onlayn ingilis dili kursu istifadəyə verilib


«Gənclər Şəbəkəsi Təşəbbüsü» İctimai Birliyi tərəfindən ödənişsiz olaraq onlayn qaydada  yüksək səviyyədə ingilis dili kurslarına start verilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, birliyin təqdim etdiyi "www.bedavaingilizcedersler.com" saytına  daxil olmaqla heç bir əlavə vəsaitdən istifadə etmədən ingilis dilini öyrənmək mümkündür. Kursların sıfırdan başlayaraq son səviyyəyə qədər davam etdirilməsi nəzərdə tutulub.

Hər səviyyənin sonunda birliyin ofisində imtahanlar təşkil ediləcək, uğurla keçən tələbələrə sertifikat və ya diplomlar təqdim olunacaq. Səviyyə imtahanları başa çatdıqdan sonra TOEFL kursları təşkil olunacaq. İctimai  birlik həmçinin xaricdə təhsil almaq istəyən tələbələrə də köməklik göstərir.







CAHANGİR


 
 
 
 





09/03/12    Çap et