Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Axtarış sisteminə “nəhəng” transfer


ABŞ-ın “DARPA” Perspektiv Müdafiə Tədqiqatları Agentliyinin direktoru Reqina Duqan yaxın həftələr ərzində öz vəzifəsini tərk edəcək. O, “Google” internet-şirkətində çalışmağa başlayacaq.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Google” nümayəndəsinin sözlərinə görə, Duqan şirkətdə rəhbər vəzifədə çalışacaq, lakin hansı sahədə olduğu barədə məlumat verilmir.

Məlumat üçün bildirim ki, Reqina Duqan 2009-cu ildə “DARPA” agentliyində direktor vəzifəsini tutub. O, kibertəhlükəsizlik, əks-terrorizm və müdafiə istiqamətlərini inkişaf etdirib.





14/03/12    Çap et