Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonda informasiya texnologiyaları üzrə bir çox məsələlər müzakirə olunacaq


20-22 mart tarixlərində London şəhərinin “Olympia Exhibition Centre” kompleksində “İP&TV WORLD FORUM 2012” sərgisi keçiriləcək. Ənənəvi olaraq ildə bir dəfə baş tutan tədbir  “Informa UK Ltd” şirkətinin təşkilatçılığı ilə reallaşır.

Sərginin ekspozisiyasını İP texnologiyalar, internet, müxtəlif kompyuter modelləri, multimedia texnologiyaları və s. təşkil edəcək. Tədbir çərçivəsində sahə üzrə ətraflı müzakirələrin aparılacağı 20-dən artıq seminar və konfransın təşkil olunacağı nəzərdə tutulur.
 





15/03/12    Çap et