Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” veb-səyyahının 11-ci versiyası işıq üzü gördü


“Mozilla” cəmiyyəti “Windows”, “Mac OS X” və “Linux” əməliyyat sistemləri ilə işləyən kompyuterlər üçün “Firefox” veb- səyyahının 11-ci versiyasını çıxarıb.

“Firefox 11” veb-səyyahında reallaşdırılmış yeniliklərdən biri vərəq, tarix və “kuki” faylların “Chrome” veb-səyyahından import edilməsi imkanıdır. Sinxronlaşdırma vasitələri, həmçinin təkmilləşdirilib.

Veb-səyyah “Google” korporasiyası tərəfindən hazırlanmış “SPDY”  protokolunu dəstəkləyir. “SPDY” protokolunun əsas vəzifəsi veb-səhifələrin və onların elementlərinin yüklənməsi vaxtının azaldılmasıdır.
“Firefox 11” veb-səyyahında müasir veb-standartların dəstəklənməsi imkanı  təkmilləşdirilib, aşkar edilmiş səhvlər və çatışmazlıqlar aradan qaldırılıb.
 


EMİL
 





15/03/12    Çap et