Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” səhmlərinin qiyməti ilk dəfə olaraq 600 dollar həddini ötüb


“Apple” səhmlərinin qiyməti şirkətin tarixində ilk dəfə olaraq 600 dollar həddini ötüb. Bu hadisə üçüncü nəsil “iPad” planşet kompyuter satışlarının başlanğıcı ərəfəsində baş verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, şirkətin kapitallaşdırma dəyəri isə təxminən 560 milyard dollar həcmində qiymətləndirilir və o, dünyanın ən bahalı şirkətidir. Belə ki, ən yaxın rəqibi olan “Exxon Mobil” neft şirkətini 150 milyard dollar qabaqlayır.

Məlumat üçün bildirim ki, şirkətin səhmləri 500 dollar həddini cari il fevralın 13-də ötüb. Analitiklərin fikrincə, “Apple” səhmlərinin qiymətinin artması davam edəcək.



 
EMİL





16/03/12    Çap et