Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision-2012”-nin final mərhələsinin biletləri satılıb


Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin biletləri bir neçə saat ərzində satılıb.
 
Martın 15-də yerli vaxtla 15:00-da satışa çıxan biletlər axşam saatlarına qədər satılıb qurtarıb. Mayın 26-da keçiriləcək final konsertinin biletləri 160-240 manat arasında olub.
 
Qeyd edək ki, mayın 22-si və 24-də keçiriləcək yarımfinallara, bu mərhələlərin əsas məşqlərinə biletlər əldə etmək isə mümkündür. Eyni zamanda mayın 25-də keçiriləcək final şousunun münsiflərin səs verəcəyi əsas məşqin biletləri də satışdadır. Bu məşq final şousu ilə eynidir.





16/03/12    Çap et