Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naqil və ya peyklərdən istifadə olunmadan mesaj gondərmək mümkün olacaq


Alimlər informasiyanın daşıyıcısı qismində neytrinodan istifadə edərək ilk dəfə olaraq sözü 240 metrlik qayadan ötürə biliblər. "neutrino" sözünün ötürülməsi üçün 2 saat vaxt lazım olub, lakin bu halda uğur əldə edilməsi əsasdır.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "neytrinodan istifadə edilməsi mesajları Yer kürəsinin bir nöqtəsindən digər nöqtəsinə naqil və ya peyklərdən istifadə olunmadan göndərməyə imkan verəcək" – təcrübə iştirakçılarından biri professor Den Stensil məlumat verib.

Onun sözlərinə görə, neytrinodan məlumat daşıyıcısı kimi istifadə edəcək rabitə sistemləri mövcud sistemlərdən daha mürəkkəbdir, lakin bir sıra əhəmiyyətli üstünlüklərə malikdir.







EMİL





16/03/12    Çap et