Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia” 1 milyon dollar həcmində ianənini qəbul edib


"Wikipedia" onlayn-ensiklopediyasının inkişafı və dəstəklənməsi ilə məşğul olan "Wikimedia" fondu Rusiyanın "VKontakte" sosial şəbəkəsinin banisinin ianəsini qəbul edib.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, Pavel Durov 2012-ci ilin yanvarında "Wikipedia" onlayn-ensiklopediyasının inkişafı üçün 1 milyon dollar həcmində köməklik göstərəcəyinə söz verib. O qeyd edib ki, "Wikipedia" layihəsi internet üçün çox əhəmiyyətlidir.

"Wikipedia" onlayn-ensiklopediyanın dəstəklənməsi ianə və qrantlar hesabına həyata keçirilir. 2012-ci ilin yanvarında "Wikimedia" fondunun verdiyi məlumata görə, hər il keçirilən kompaniya çərçivəsində 20 milyon dollar ianə toplanıb.

Məlumat üçün bildirim ki, hazırda "Wikipedia" dünyada ən böyük onlayn-ensiklopediyadır. Artıq onlayn-ensiklopediyada dünyanın 282 dilində 20 milyondan çox məqalə var.
 
EMİL
 





28/03/12    Çap et