Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Körpələrə online nəzarət edilir


Yeni açılmış “BUTA” körpələr evində ən müasir tələblər səviyyəsində yaradılan bağçada dünya standartlarına uyğun şərait yaradılmaqla yanaşı, bir çox özəllikləri ilə də buranın sakinlərini qarşılayır. Belə ki, uşaqları savadlı, intellektual, bacarıqlı, sağlam, şən və xoşbəxt gələcəyə yetişdirən “BUTA” uşaq bağçasında valideynlərin internet vasitəsilə online rejimdə uşaqları müşahidə etmək imkanı da var. Burada quraşdırılan müşahidə kameraları ilə valideynlər bütün günü övladlarının nə etməsi ilə maraqlana bilərlər. Qeyd edək ki, valideynlərin bu xidmətdən yararlanması üçün onlara xüsusi kod verilir.




05/07/11    Çap et