Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şərh sistemlərini icra etməyə imkan verəcək platforma hazırlayır


“Google” şirkəti kənar saytlarda şərh sistemlərini icra etməyə imkan verəcək platforma hazırlayır və “Facebook” sosial şəbəkəsinin analoji məhsulunun birbaşa rəqibi olacaq.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, platforma şərh sisteminin obyektlərin (məqalə, multimedia materialı, məhsullar və s.) alt hissəsində icra edilməsinə imkan verəcək. “Facebook”-un analoji platformasını bir çox populyar saytlar istifadə edir.

Platformanın şirkətin axtarış sistemi, “Google+” sosial şəbəkəsi və digər xidmətlərlə sıx inteqrasiya ediləcəyi gözlənilir. Nəticədə axtarış sistemi şərhləri indeksləşdirəcək.“Google” şirkəti yeniliklər haqqında heç bir şərh verməyib.
 


EMİL





28/03/12    Çap et