Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 ay ərzində 5 milyon “Galaxy Note” smartfonu satılıb


"Samsung" şirkəti "Galaxy" qurğuları vasitəsilə rekord qırmağa davam edir. Bu dəfə "Galaxy Note" smartfonu əsl sıçrayış edib: 5 ay ərzində 5 milyondan çox qurğu satılıb.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Samsung" şirkəti qurğuları yaxın vaxtlarda "Android 4.0 Ice Cream Sandwich" əməliyyat sisteminə kimi  yeniləyəcəyinə söz verib. Bu da şübhəsiz ki "Galaxy Note" smartfonunun  satışlarına müsbət təsir göstərəcək.







 
EMİL





28/03/12    Çap et