Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” “Facebook”dan bütün dostları köçürməyə hazırdır


Bu günlərdə “Google” şirkəti tərəfindən istifadəyə verilən “Google+” sosial şəbəkəsi öz əsas rəqibi – “Facebook” hesabına sürətlə böyüməyə hazırlaşır. “Chrome” səyyahı üçün istənilən istifadəçiyə rahat şəkildə bütün dostlarını Mark Sukerberqin şəbəkəsindən “Google+”-a keçirtməyə icazə verən plaqin (əlavə) çıxıb.
“Google+” şəbəkəsi hələlik yoxlama rejimində dəvət ilə işləyir və “Google” xidmətləri istifadəçilərinin çox kiçik hissəsinə əlçatandır. Ancaq buna baxmayaraq artıq 17 mindən çox istifadəçi “Chrome” səyyahı üçün yeni genişlənməni yükləyib. Bu, bəzi ekspertlərin “Google+”, heç olmasa, “Facebook” istifadəçilərinin yarısını yığsın” fikrini şübhə altına qoyur.
“Chrome” veb səyyahı üçün əlavə “Facebook Friend Exporter” adını daşıyır. Onun müəllifi “Research in Motion” şirkətinin əməkdaşı (Blackberry kommunikatorlarının istehsalçısı) Məhəmməd Mənsurdur. “Facebook Friend Exporter” “Facebook”da sizin hər bir dostunuz haqqında informasiyanı yığır və bu məlumatlardan “Google+”-a import üçün yararlı bir fayl yaradır. Faylın hazırlama prosesi kifayət qədər tezdir: məsələn, 150 dost haqqında informasiya yarım saat ərzində emal edilir, yəni dəqiqəyə 5 dost.
“Pcworld.com” portalının jurnalistləri qeyd ediblər ki, “Facebook Friend Exporter” həmişə sabit işləmir; çox istifadəçilər köçürülmə prosesinin dayanmalarını görüblər, bu da bəzən səyyahın sönməsinə səbəb olur. Lakin Məhəmməd Mənsurun genişlənmə işini ən yaxın vaxta sabit edəcəyindən heç bir şübhə yoxdur.




05/07/11    Çap et