Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyasının hazırladığı yeni şəbəkə protokolu interneti "sürətləndirəcək"


İnternet arxitekturasının təkmilləşdirilməsi məsələsi ilə məşğul olan “İnternet Engineering Task Force” açıq cəmiyyəti uzun müddətdir ki, hazırkı “HTTP 1.1” şəbəkə protokoluna əvəzetmə axtarır. Əsas məsələ internetə qoşulan bütün qurğuların məhsuldarlığını daha yaxşı təmin etmək və “TCP” birləşmələrinin sayını maksimal dərəcədə azaltmaqdan ibarətdir.

“Microsoft” korporasiyasının mütəxəssisləri “HTTP Speed+Mobility” adlı yeni “HTTP 2.0” şəbəkə protokolu təklif ediblər. Yeni şəbəkə protokolunun yaradıcıları əmin ediblər ki, o, həm şəbəkədə işi sürətləndirəcək, həm də mobil qurğu akkumulyatorlarının “yükü”nə əhəmiyyətli dərəcədə qənaət edəcək.

Məlumat üçün bildirim ki, “Microsoft” korporasiyasının “HTTP Speed+Mobility” şəbəkə protokolunun əsasını “Google”-un “SPDY” və “W3C”-nin “WebSocket” texnologiyası təşkil edir.



 
EMİL
 
 





29/03/12    Çap et