Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Go” proqramlaşdırma dilinin ilk versiyasını təqdim edib


“Google” şirkəti martın 28-də “Go” proqramlaşdırma dilinin ilk sabit versiyasını təqdim edib.
“Go 1”-i yükləmək olar. “İCTnews” elektron xəbər xidməti bildirir ki, “Windows”, “Mac OS X”, “FreeBSD” və “Linux” nüvəsi əsasında işləyən əməliyyat sistemləri üçün distribütivlər əlçatandır. Proqramlaşdırma dili “BSD” lisenziyası altında yayılır.

Məlumat üçün bildirim ki, “Google” şirkəti “Go” proqramlaşdırma dilinin hazırlamasına 2007-ci ildə başlayıb.
Layihə üzərində “UNIX” əməliyyat sisteminin tərtibatçıları Ken Tompson və Rob Payk daxil olmaqla, bir neçə adlı-sanlı proqramçı çalışır.




 
EMİL
 





30/03/12    Çap et