Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sabah internet olmayacaq?!


Bir müddət əvvəl məşhur  "Anonymous" haker qrupunun adından 31 mart tarixində bütün dünyanın internetlə əlaqəsinin kəsiləcəyi ilə bağlı məlumat yayılmışdı. "Operation Blackout" adlı əməliyyat barədə xəbərdarlıq qrupun "Pastebin" servisindəki profilində yerləşdirilib.
 
Qrup DNS sistemindəki 13 məşhur saytı "çökdürmək"lə əməliyyat başlayacağını deyib.
Onlar əməliyyat vasitəsilə internetə daha sərt nəzarətlə bağlı qanun qəbul etməyə hazırlaşan ABŞ hakimiyyət dairələrinə mesaj vermək niyyətindədir.
 
Qrup planını DDoS hücumlar vasitəsilə reallaşdırmağa hazırlaşır.
Qeyd edək ki, DNS sistemləri domain adları İP adreslərinə çevirmək üçün istifadə edilir.
DNS sistemi işləmədiyi zaman İP adresləri bir çox istifadəçi tərəfindən bilinmədiyindən hər hansı veb-səhifəsini açmaq mümkün olmur və saytlar deaktiv kimi görünür.
 





30/03/12    Çap et