Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” texnologiyasını eynəksiz dəstəkləyən ilk noutbuk


“Toshiba” şirkəti rəsmən “3D” ekrana malik “F750” noutbukunu təqdim edib. Onun vasitəsilə xüsusi eynəkdən istifadə olunmadan irihəcmli təsvirin formalaşması mümkündür.
Noutbuk ”Core i7 İntel” prosessoru, 640 QB tutumlu sərt disk, 6 QB əməli yaddaş, 2 QB yaddaş ilə “NVİDİA GeForce 540M” videokartı və “Blu-ray” yazma imkanı olan optik sürücü ilə təchiz olunub.15.6 diaqonallı matris 1366х768 piksel kəskinliyə malikdir. İrihəcmli təsvir birləşdirilmiş veb-kamera vasitəsilə formalaşdırılır: onun vasitəsilə tənzimçi tamaşaçının dəqiq yerləşməsini təyin edir və şəkli elə formalaşdırır ki, təsvir məhz həmin görünüş bucağından yaxşı görünsün. Lakin noutbukun təqdimatından sonra jurnalistlər noutbuku skeptik qiymətləndiriblər. “F750” satışa 1300 funt-sterlinq qiymətə daxil olacaq, bu da 2100 dollar deməkdir.




06/07/11    Çap et