Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

PON texnologiyası bölgələrdə də tətbiq ediləcək


"Aztelekom" İB tərəfindən regionda ilk dəfə olaraq "Qurtuluş-93" qəsəbəsində tətbiq edilən PON texnologiyası digər bölgələrdə də tətbiq ediləcək.

"İCTnews" elektron xəbər xidməti məlumat verərək bildirir ki, PON optik-lif xəttə genişzolaqlı multixidmətlər çıxış üçün daha çox perspektivli texnologiyadır.

ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır.

Aparılan təhlillərə görə, birlik tərəfindən bu texnologiyanın ölkənin böyük şəhərlərində tətbiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış).

RƏVAN




02/04/12    Çap et