Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük radio teleskopu üçün proqram təminatı hazırlanır


"IBM" korporasiyasından verilən məlumata görə, dünyanın ən böyük "Square Kilometre Array" (SKA) radioteleskopundan daxil olan informasiyanın təhlili və məlumatları idarə etmək üçün yeni proqram təminatı hazırlayırlar. Məlumat üçün bildirim ki, radioteleskopun tikintisinə  2014-cü ildə başlanmalıdır və o, yalnız 10 il sonra tam gücü ilə işləyəcək.

"IBM"-dən bildirilib ki, "SKA" tam gücü ilə istifadəyə verildikdən sonra  böyük tutumlu məlumatlar yaradacaq. Bunun üçün lazımsız məlumatları silməklə vacib informasiyanı necəsə saxlamaq, təhlil etmək, çeşidləmək və araşdırmaq lazımdır.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, hazırda teleskopun harada (Avstraliya və ya CAR) yerləşməsi məsələsi həll olunur.

"IBM" şirkətindən bildirilib ki, onlar Hollandiyanın radioastronomiya İnstitutu ilə birlikdə müvafiq proqram təminatı sisteminin hazırlaması üzrə qrantı udublar. Layihənin büdcəsi 32,9 milyon avro təşkil edir. Bu layihə çərçivəsində 5 ildən sonra böyük tutumlu məlumatlarla işləyə biləcək güclü proqram-aparat kompleksi yaradılmalıdır.

Məlumat üçün bildirim ki, "Square Kilometre Array" teleskopunun tikinti qiyməti təxminən 1,5 milyard avro təşkil edəcək. O, hazırda mövcud olan və ən güclü işləyən radio teleskopdan 50 dəfə daha həssas və 10000 dəfə daha sürətli olacaq.
 
EMİL
 





02/04/12    Çap et