Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” inkişaf etməkdə olan bazarlar üçün ucuz planşetlər hazırlayır


"DigiTimes" nəşrinin məlumatına görə, "İntel" korporasiyası inkişaf etməkdə olan bazarlar üçün "StoryBook" adlı ucuz planşetlər təqdim etməyi  planlaşdırır. Aparatın əsasını "Medfield" platforması təşkil edəcək.  10 düymlü ekrana malik olacaq plançetdə  iki əməliyyat sistemi quraşdırılacaq.

İlkin mərhələdə  planşetlərin Braziliya və Çinə tədarükü nəzərdə tutulub. "StoryBook" planşetinin qiymətinin 300 dollar olacağı güman edilir.
 








EMİL
 





04/04/12    Çap et