Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər


Sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı, mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür.

 Dövlət Komissiyasının yaydığı məlumata görə, artıq nəticələr elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-İnfo" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər.  Xidmət “Azerfon” MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.







CAHANGİR





04/04/12    Çap et