Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün ultrasürətli fləş kart yaradılıb


"Samsung" şirkəti "microSD" formatlı yaddaş kartlarının kütləvi istehsalına başlayıb. Yaddaş kartları "LTE" şəbəkəni dəstəkləyən smartfon və planşetlərdə istifadə edilmək üçün nəzərdə tutulub. Şirkət ultrasürətli fləş kartların satış tarixi və qiyməti haqqında məlumat verməyib.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, əvvəlcə bazara 16 QB yaddaşa malik model çıxarılacaq. Yaddaş kartları 20 nanometr texnologiya üzrə hazırlanıb və məlumatların ötürülmə sürəti 80 MB/s təşkil edir. Bu isə hazırkı ən qabaqcıl "microSD" kartları ilə müqayisədə 4 dəfə daha sürətlidir.





 
EMİL
 
 





06/04/12    Çap et