Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekanallara 500 min manat verildi


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, iclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı "İctimai Televiziya və Radio Yayımları şirkəti"nə, "ANS Müstəqil Yayım və Media şirkəti"nə, "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV" MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000  (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.










SEYMUR
 





06/04/12    Çap et