Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-сi il aprelin əvvəlində internetdə 676,9 milyon sayt fəaliyyət göstərib


“Netcraft” şirkəti internetdə fəaliyyət göstərən veb-saytların sayı haqqında aprel hesabatını dərc edib. Şirkətin  məlumatına əsasən, 2012-ci il aprelin əvvəlində internetdə 676919707 sayt və bloq fəaliyyət göstərib. Bu göstərici keçən ayla müqayisədə 32,6 milyon və ya 5,1 faiz çoxdur.

“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, proqram veb-serverləri arasında ən böyük artım tempi “Apache” serverində müşahidə olunub. Server hesabat dövrü ərzində xidmət göstərdiyi hostların sayını daha 22,8 milyon artırıb və bu bazardakı payını 65,5 faizə çatdırıb.






 
EMİL
 
 
 





07/04/12    Çap et