Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ultel” MMC İP-TV xidmətinin aylıq istifadə tarifinə dəyişiklik tətbiq edib


“Ultel” MMC cari  ilin aprel ayından başlayaraq internet xətti üzərindən təşkil olunan İP-TV xidmətinin aylıq istifadə haqqını 10 manatdan 9 manata  endirib.

Şirkətdən verilən məlumata görə, İP-TV xidmətinə qoşulmaq üçün “Set-Top-Box” abunəçi qurğusu alınmalıdır.  Qurğunun “Ultel”də satış qiyməti 150 manat, xidmətə birdəfəlik qoşulma haqqı isə 10 manat təşkil edir. Qeyd edək ki, şirkət abunəçilərə bu xidməti vasitəsilə 71 ədəd televiziya kanalını izləmək imkanı təqdim edir.









CAHANGİR





10/04/12    Çap et