Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi yeni əlavə satın alıb


Dünyanın ən böyük sosial şəbəkəsinin banisi Mark Zukerberq fotolarla  mübadilə üçün nəzərdə tutulmuş “Instagram” xidmətini satın alıb. Sazişin qiyməti 1 milyard dollar təşkil edib. Mark Zukerberq bildirib ki, “Instagram” ayrı layihə kimi fəaliyyət göstərəcək.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən  bildirir ki, “Facebook”un rəhbəri qeyd edib ki, sosial fotoxidmətin funksionallığı olduğu kimi saxlanılacaq. Xüsusilə, “Instagram” xidmətində emal edilmiş fotoları digər sosial şəbəkələrdə yerləşdirmək imkanı olduğu kimi qalacaq.

Mark Zukerberq qeyd edib ki, “Instagram” əlavəsinin satın alınması “Facebook” üçün mühüm qərardır. Məlumat üçün bildirim ki, “Instagram” xidməti vasitəsilə istifadəçilər fotolara müxtəlif effektlər tətbiq edə və onları dostlarla paylaşa bilərlər. Xidmət əvvəlcə yalnız “iOS” qurğular üçün əlçatan idi, aprelin əvvəlindən isə “Android” üçün versiyası çıxarıldı.


 
EMİL
 





10/04/12    Çap et