Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Eldar və Nigar “Nar Mobile”-ın yeni simaları oldu


“Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar Azərbaycan telekommunikasiya sektorunda “Nar Mobile” ticarət nişanını təmsil etmələri ilə bağlı “Azerfon” MMC ilə eksklüziv müqavilə imzaladılar. “Biz hər zaman daha da irəliyə getməklə Azərbaycan telekommunikasiya sektorunun dinamik inkişaf simvoluna çevrilməkdəyik. Eldar və Nigar isə bütün Avropada Azərbaycanın qalibiyyət simvollarıdırlar. Məhz buna görə də qaliblərimizlə bağlanan əməkdaşlıq müqaviləsi məntiqlidir”- deyə şirkətin kommersiya məsələləri üzrə baş müdiri S.Teyssedri bildirib.
Öz növbəsində Eldar və Nigar dinamik inkişaf edən gənc mobil rabitə operatorunun simaları olacaqlarından məmnun qaldıqlarını bildirdilər. Onların sözlərinə görə, artıq “Nar Mobile”-ın “3G” xidmətindən istifadə edirlər və başlanan yeni əməkdaşlığı bu seçimin məntiqi davamı hesab edirlər.




06/07/11    Çap et