Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstirahət mərkəzləri müasir rabitə xidməti ilə təchiz olunacaq


“Aztelekom” İB yay fəslinin gəlməsi ilə əlaqədar olaraq istirahət mərkəzlərində dincələnlərə müasir rabitə xidmətləri təqdim etməyə hazırlaşır.  Birlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu istiqamətdə problemlərin yaşanmaması üçün istirahət mərkəzlərinin yerləşdiyi rayonların müvafiq rabitə müəssisələri tədbirlər planının uyğun bəndlərinin icrasını tam nəzarətdə saxlayırlar.

Bütün istirahət mərkəzlərində əhaliyə geniş rabitə xidmətləri təqdim etmək və eyni zamanda orada internetə çıxış imkanları yaratmaq diqqət mərkəzindədir.

Regionlarda bütün yaşayış məntəqələri genişzolaqlı internet xidmətləri ilə təmin olunacaq ki, bu da  ən ucqar kəndlərdə yerləşən istirahət mərkəzlərinin internet xidmətləri ilə təminatına imkan yaradacaq.





RƏVAN








11/04/12    Çap et