Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrədə “Microsoft” “PowerPoint” proqramını qadağan edən partiya yaradılıb


İsveçrədə qeyri-adi siyasi qüvvə - “Anti-PowerPoint Party” yaradılıb. Partiyanın adı onun əsas məqsədini əks etdirir. Burda məqsəd dövlət səviyyəsində “Microsoft” “PowerPoint” proqramının qadağan olunmasına nail olmaqdır.
APPP (Anti-PowerPoint Party) yaradıcıları əmindirlər ki, “Microsoft” proqramının günahı üzündən ölkə hər il 2,1 milyard frank (2,5 milyard dollar) itirir. Arqument kimi aşağıdakı faktlar göstərilir. İsveçrədə 11% vətəndaş həftədə ən azı 2 dəfə təqdimatlarla olan müşavirələrə baş çəkməyə məcburdu. Hər belə təqdimatda orta hesabla 10 insan yığılır. Təqdimatda iştirak edənlərin 85%-i narazıdırlar, bu da məhsuldarlığın, nəticədə isə şirkətin gəlirlərinin azalmasına gətirib çıxarır. Maraqlıdır ki, əgər partiya belə təşəbbüs üçün 100 min imza toplaya bilsə, “PowerPoint” qadağası haqqında məsələ referenduma çıxardılacaq.




06/07/11    Çap et