Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti əməliyyat sistemini yeniləyib


“Google” korporasiyası “Chrome OS” əməliyyat sistemini yeniləyib.“Chrome OS” əməliyyat sisteminin “19.0.1084.17” versiyasında istifadəçi interfeysi yenilənib; artıq o, fərdi kompyuterlərdə quraşdırılan “Windows” və “Mac OS X” kimi ənənəvi proqram platformalarına oxşamağa başlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “soft.compulenta.ru” saytına istinadən  bildirir ki, “Chrome OS” əməliyyat sistemində məsələlər paneli yaradılıb; əlavə piktoqramlarını işçi masada yerləşdirmək olar. Bundan əlavə, bəzi utilitlər yenilənib və yeni fayl formatları (tar, gz, bzip2) əlavə edilib.

Yeni “Aura” interfeysində zəngin vizual effektlər və animasiyalı keçidlər mövcuddur.Əməliyyat sisteminin yeni versiyası “Samsung” və “Acer” şirkətlərinin istehsalı olan xrombuklara quraşdırıla bilər.



 
EMİL
 





11/04/12    Çap et