Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa və Şimali Amerikada naviqatorlara tələbat azalacaq, Asiyada isə artacaq


2011-ci ilin nəticələrinə görə, Avropa və Şimali Amerikada GPS naviqator satışlarının azalması gözlənilir . Belə ki, keçən illə müqayisədə müvafiq olaraq 30 faizə qədər azalma qeydə alınacaq. Bununla belə Asiya bazarında bu qurğulara tələbat artacaq.
2011-ci ildə naviqatorların dünya üzrə satışları 35 milyona çata bilər. Satışların pik vəziyyəti 2008-ci ildə, bazara 45 milyon qurğu tədarük edildikdə olub. Keçən il artıq naviqatorların məşhurluğunun azalması tendensiyası nəzərə çarpırdı, o zaman yalnız 40 milyon qurğu satılıb. Satışların azalma səbəbi naviqatorların smartfonlarda istifadə edilməsidir. Hazırda GPS modul, hətta orta səviyyəli modellərin əksəriyyətində var.




06/07/11    Çap et