Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsi istifadəyə verildi


Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi internet saytı (www.dsx.gov.az) istifadəyə verilib. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, portalda ölkənin sərhəd mühafizəsinin tarixi, xidmət rəhbərliyi haqqında məlumat yerləşdirilib.

Eləcə də, Azərbaycan Sərhəd Mühafizəsinin 1918-ci ilə qədər və Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet hakimiyyəti illəri və müstəqillik dövrünü əhatə edən tarix ilə göstərilib. Üstəlik, qurumun beynəlxalq əməkdaşlığı, xəbərləri, elanları, qanunvericilik, ictimaiyyətlə əlaqə və fotoqalereya bölmələri də saytda özünə yer alıb.

Həmçinin, DSX-nin elektron xidmətlər bölməsində DSX Akademiyasına qəbul olunmaq üçün lazımi sənədlərin siyahısı və ərizənin nümunəsi, DSX-yə hərbi xidmətə (işə) qəbul üçün lazımi sənədlərin siyahısı və ərizənin nümunəsi, Elektron Anket, tərcümeyi-halda göstərilməsi zəruri olan məlumatların siyahısı yerləşdirilib.

Şərəf lövhəsi bölməsində isə sərhədçi Milli Qəhrəmanlar, Vətən uğrunda şəhid olanlar, eləcə də döyüş meydanında itkin düşənlər haqqında məlumatlar yer alıb.


SEYMUR
 





12/04/12    Çap et