Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” bəzi xidmətlərinin adlarını dəyişdirəcək


“Google” şirkəti ona aid olan xidmətlərdən bəzilərinə başqa adlar vermək niyyətindədir. Mətbuatın yaydığı bu xəbəri “Google” şərh etməkdən imtina edib. Nəşrin məlumatına görə, “Picasa” fotohostinqi və “Blogger” bloqhostinqinin adları dəyişdiriləcək. Onlar “Google Photos” və “Google Blogs” adlanacaqlar. “Google”un digər xidmətlərinin də adlarının dəyişdiriləcəyi istisna deyil. Yalnız “YouTube” videohostinqinin əvvəlki adını saxlayacağı bildirilir.
“Picasa” və “Blogger” bir və ya bir ay yarım sonra “Google Photos” və “Google Blogs” adlanacaqlar. Adları dəyişmək qərarının “Google+” layihəsinin işə salınması ilə bağlı olduğu güman edilir.
Həm “Picasa”, həm də “Blogger” “Google” şirkətinin şəxsi hazırlamaları deyil. Şirkət bloqhostinqi 2003-cü ildə, fotohostinqi isə 2004-cü ildə əldə edib. Əvvəllər “Google” artıq aldığı xidmətlərdən bəzilərinin adlarını dəyişdirib. Belə ki, 2008-ci ilə qədər “Google” “Sites JotSpot”, 2009-cu ilə qədər “Google Voice” platforması isə “GrandCentral” adlanırdı.




06/07/11    Çap et