Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gədəbəy rayonunun Elektron Turizm Xəritəsi hazırlanır


Gədəbəy rayonunun Elektron Turizm Xəritəsi hazırlanır. Elektron Turizm Xəritəsi vasitəsi rayonun turizm potensialı ilə yaxından tanış olmaq mümkün olacaq.

Xəritə 2011-ci ildə elan olunmuş «Turizm ili» çərçivəsində Azərbaycan Turizm Universiteti və Almaniyanın YADE Universitetinin mütəxəssisləri tərəfindən hazırlanır. Proses sona çatdıqdan sonra xəritə internetdə yerləşdiriləcək.

Gədəbəy Elektron Turizm Xəritəsində rayonda olan istirahət mərkəzləri, tarixi abidələr və turizm marşrutları əksini tapacaq. Elektron xəritədə rayonun ən gözəl, gəzməli və görməli yerləri barədə geniş məlumatlar yerləşdiriləcək.





13/04/12    Çap et