Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitəçi” İdman Klubunun növbəti uğuru


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, idmanın inkişafına da diqqət göstərilir.

Bunun nəticəsidir ki, "Rabitəçi" İdman Klubunun üzvü olan rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək idmanın müxtəlif sahələrində, xüsusilə də boks sahəsində ardıcıl uğurlar əldə edirlər.

Klubun boksçuları təkcə 1-ci rüb ərzində 62 medal (20 qızıl, 15 gümüş, 27 bürünc) qazanaraq bir daha birinciliklərini sübut edib.
Klub üzvləri intensiv təlim məşqlərini davam etdirərək  daha böyük nailiyyətlər qazanmaq əzmindədirlər.





13/04/12    Çap et