Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxt sakinlərinə göstərilən rabitə xidmətlərinin keyfiyyəti artırılır


Bakı sakinlərinə yüksək keyfiyyətli rabitə  xidmətlərinin göstərilməsi  üçün nəzərdə tutulan tədbirlər planının icrası davam edir. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov  bildirib  ki, vətəndaşlara müasir multimedia xidmətlərinin göstərilməsi üçün şəbəkə ən müasir NGN texnologiyası əsasında qurulur.

Tədbirlər planına uyğun olaraq 494/495, 493/498, 438/439 saylı ATS və K49 qovşağı ekvivalent tutumu 40 min nömrə olan  rəqəmli elektron stansiyası NGN-“Yeni nəsil” şəbəkə texnologiyası əsasında qurulub.
Məlumat üçün bildirək ki, “Yeni nəsil” şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsindən başqa, video və mətn verilişi xidmətlərini də təqdim edir.





13/04/12    Çap et