Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londona seyfdə 1 ədəd “Galaxy S III” smartfonu gətirilib


“Samsung” şirkəti Böyük Britaniyaya “Galaxy S III” smartfonunun 1 nüsxəsini gətirib. Modeli yerli mobil operatorlara göstərəcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən  bildirir ki, şahidlərin sözlərinə görə, smartfonu qıfıllanmış metal qutuda gizlədirlər və onu mühafizə müşayiət edir.

Bundan əlavə, məlum olub ki, “Samsung Galaxy S III” smartfonu 2012-ci il Olimpiya oyunlarının rəsmi qurğusu olacaq.Şayiələrə görə, “Samsung Galaxy S III” smartfonu ağ və göy-qara rənglərdə əlçatan olacaq.
 






EMİL
 
 





18/04/12    Çap et