Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün respublika üzrə qatarlara bilet satışı onlayn aparılır


"Azərbaycan Dəmir Yolları" QSC regionlar üzrə dəmir yolu stansiyalarında  kassalarda qatar biletlərinin onlayn satış sistemini tətbiq edib. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun “İCTnews”a verdiyi məlumata görə, biletlərin satış məntəqələrində terminallar quraşdırılıb, onların üzərindən biletlərin ödənişi həyata keçirilir.

Terminal üzərindən kassir onlayn rejimdə sərnişin üçün gediş variantlarını seçir və dəmir yolu gediş sənədlərinin sifariş blankını tərtib edir. Müəssisənin gələcək planlarına lokal sistemin Rusiya şəbəkəsinə qoşulması daxildir ki, bu da sərnişinlərə Rusiya daxili dəmir yolu nəqliyyatına bilet almağa imkan verir.

Eyni zamanda, QSC-nin internet resursu vasitəsilə biletlərin onlayn rejimdə qabaqcadan ayrılması da həyata keçirilir.
 





18/04/12    Çap et