Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tezliklə Bakı sakinləri “Ailə NET”-in pulsuz “Wi-Fi” xidmətindən istifadə edəcəklər


Tezliklə Bakı şəhərinin sakinləri ictimai yerlərdə “Ailə NET”-in pulsuz “Wi-Fi” xidmətindən istifadə edə biləcəklər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV”-nin mətbuat katibi Teymur Hacıyev məlumat verib. Onun sözlərinə görə, universitetlərdə, böyük ticarət mərkəzlərində, eləcə də insanların ən çox toplaşdığı küçələrdə “Ailə NET”-in pulsuz “Wi-Fi” xidməti olacaq.

Qeyd edək ki, ölkənin əsas klassik kabel operatorlarından olan  “Ailə TV” 2007-ci ildən fəaliyyət göstərir. Kompaniyanın əsas məqsədi müştərilər üçün informasiya-kommunikasiya sahəsində geniş xidmətlər imkanını yaratmaqdır.
 







HƏQİQƏT





20/04/12    Çap et