Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur internet şirkəti lobbiçilik fəaliyyətini genişləndirib


“The New York Times” qəzeti bildirib ki, “Google” şirkəti cari ilin birinci rübündə lobbiçilik fəaliyyətinə 5,03 milyon ABŞ dolları xərcləyib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “Google” ola bilsin ki, lobbiçilik fəaliyyətinə xərclərini ABŞ-ın antiinhisar orqanlarının şirkətə artan “marağ”ı ilə əlaqədar artırıb. Belə ki, onlar internet-nəhəngin bazardakı hökmranlığının artmasından narahatdırlar.


Statistik məlumatlara görə, “Google” korporasiyası 2010-cu ildə lobbiçilik fəaliyyətinə təxminən 5,2 milyon dollar xərcləyib.

Müqayisə üçün: “Apple” korporasiyası lobbiçilik fəaliyyətinə birinci rübdə  təxminən 500000 dollar, “Microsoft” korporasiyası isə 1,79 milyon dollar pul xərcləyib.


 
EMİL





24/04/12    Çap et