Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron kitablar üçün internet mağazası açılır?


Sabah elektron kitablar üçün internet mağazasının yaradılması layihəsi müzakirə olunacaq. “İCTnews” elektron xəbər xidməti məlumat verir ki, aprelin 25-də "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində yazıçı Natiq Rəsulzadənin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, internet mağazası vasitəsilə Azərbaycan yazıçılarının əsərlərinin satışı nəzərdə tutulur. Bundan başqa, mətbuat konfransında Azərbaycan ədəbiyyatının müasir vəziyyəti, ədəbi tənqidin səviyyəsi və digər mövzular müzakirə ediləcək.











SEYMUR













24/04/12    Çap et