Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz telefondan hansı bölgədə daha çox istifadə edilir?


Regionlarda CDMA tipli simsiz telefon abunəçilərinin sayı 20500-ə çatıb. "Aztelekom" İB-dən “İCTnews” elektron xəbər xidmətinə  verilən məlumata görə, abunəçilərin telefona olan tələbatının ödənilməsi istiqamətində əvəzsiz imkanlara malik olan  CDMA simsiz rabitə xidməti rayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə edir.

"Aztelekom" İB-dən bildiriblər ki, Bakı və Abşeron ərazisində, Gəncə şəhərində, Şəki, Zaqatala və Quba rayonlarında abunəçilərin sayı digər regionlara nisbətən üstünlük təşkil edir.

Xatırladaq ki, "Aztelekom" İB-nin CDMA xidməti Bakı şəhəri və Abşeron rayonu ərazisində  "408" indeksi, digər şəhər və rayonlarda isə CDMA "044" şəbəkə kodu tətbiq olunmaqla yeddirəqəmli nömrələnmə planına uyğun olaraq həyata keçirilir.




24/04/12    Çap et