Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple App Store” internet mağazasındakı əlavələrin sayı 600 mini ötüb


"Apple App Store" internet mağazasındakı əlavələrin sayı 600 mini ötüb. Qeyd edim ki, bu əlavələrin 200 mini xüsusi olaraq "iPad" planşet kompyuteri üçün hazırlanıb. Bu barədə "Apple" şirkətinin maliyyə direktoru Piter Oppenqeymer (Peter Oppenheimer) rüblük nəticələrin elan edilməsi zamanı məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Apple App Store" internet mağazası 2008-ci ilin yayında istifadəyə verilib. Xidmət çərçivəsində təqdim edilən mobil proqramların ümumi sayı son ay ərzində 15 min artıb.
 





EMİL
 
 





25/04/12    Çap et