Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”dan antivirus yükləmək olacaq


Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" saytında "Symantec", "McAfee" və informasiya təhlükəsizliyi həllərinin istehsalçıları arasından digər partnyorların lisenziyalı antivirus proqramlarını yerləşdirib və istifadəçilər onları yükləyə bilərlər. Bu barədə "Facebook"un korporativ bloqunda qeyd edilib.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Facebook" saytının "AV Marketplace" adlı yeni bölməsində "Norton Antivirus", "Microsoft Security Essentials", "Sophos Anti-Virus for Mac Home Edition" antivirus proqramı, "TrendMicro" və "McAfee"-nin həlləri yerləşdirilib.

"Facebook", həmçinin istifadəçiləri təhlükəli istinadlardan və spamdan müdafiə etmək üçün "Microsoft", "Symantec", "McAfee", "TrendMicro" və "Sophos" ilə  əməkdaşlıq elan edib.Məlumat üçün bildirim ki, "Facebook" sosial şəbəkəsinin auditoriyası artıq 900 milyonu ötüb.



EMİL






26/04/12    Çap et