Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın poçt şəbəkəsində qaz sayğaclarının smart-kartlarını yükləmək olacaq


Azərbaycan Mərkəzi Bankı yanında kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə (APUS) qazdan istifadəyə görə ödəniş üçün smart-kartları yükləməyə imkan verən modul inteqrasiya ediləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi üzrə komissiyasının rəhbəri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlərin yaxın iki ayda başa çatdırılması planlaşdırılır."Azərbaycanın poçt operatoru APUS sisteminin əsas istifadəçisidir. Hazırda paralel olaraq vergilərin yığılmasını həyata keçirməyə imkan verən modul sisteminə inteqrasiya üzrə işlər də aparılır", - Məmmədov deyib.





27/04/12    Çap et