Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərekspresspoçt” RM “Qızıl sertifikat”a layiq görülüb


"Azərekspresspoçt" Rabitə Müəssisəsi Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində məşhur “Price Water House Coopers” şirkəti tərəfindən tərtib edilmiş 2011-ci il üçün Yekun Sertifikasiya Səviyyələri cədvəlində 206 ölkənin EMS (Express Mail Service-göndərişlərin təcili çatdırılması) operatorları arasında ən yüksək yeri tutaraq, “Qızıl səviyyə” sertifikatına layiq görülüb.

“İCTnews” elektron xəbər xidmətinə müəssisədən verilən məlumata görə, bu "Azərekspresspoçt"un son 7 ildə altıncı “Qızıl” sertifikatıdır. Sertifikat cari il 24 sentyabr-15 oktyabr  tarixlərində Qətərin Doha şəhərində keçiriləcək Ümumdünya Poçt Konqresində  təqdim ediləcək.








CAHANGİR





27/04/12    Çap et