Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mac App Store” internet mağazasında artıq 10 min proqram var


“Mac App Store” əlavələr internet mağazasında artıq 10 min proqram var. Bu barədə “MacGeneration” bloqu məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Mac App Store” internet mağazası 2011-ci ilin yanvarında istifadəyə verilib. İstifadəyə verildikdə internet mağazada 1600 proqram 20 kateqoriyaya bölünməklə yerləşdirilmişdi.

Məlumat üçün bildirim ki, istifadəçilər ilk gün ərzində “Mac App Store” internet mağazasından təxminən 1 milyon proqram yükləmişdilər.

“Mac App Store”-də proqramların sayı “App Store” və “Android Market”   internet mağazaları ilə müqayisədə bir neçə dəfə azdır. Proqramların sayındakı fərq onunla bağlıdır ki, “App Store” internet mağazası “iPad”, “iPhone” və “iPod touch” üçün əlavələrin yeganə rəsmi mənbəyidir, lakin  "Mac" kompyuterlərinin sahibləri proqramları digər internet mağazalardan da satın ala bilərlər.
 
EMİL





30/04/12    Çap et